“UŞAQ FORUM TEATRI”  İNCƏSƏNƏT ƏSASLI ÖYRƏNMƏ” LAYİHƏSİNİN İCRASINA BAŞLANILDI 

Baxılıb:225
“UŞAQ FORUM TEATRI”  İNCƏSƏNƏT ƏSASLI ÖYRƏNMƏ” LAYİHƏSİNİN İCRASINA BAŞLANILDI 

       Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən “Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsi çərçivəsində təlim dinləyicilərinin ideyaları əsasında  

“ Cehiz sandığı ” tamaşası təqdim edilib.

Layihənin məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə əhalinin müxtəlif həssas qruplarından olan uşaq və yeniyetmələr arasında yaradıcı mühitin inkişaf etdirilməsi, bu öyrədici “alət”lərdən istifadə ilə sosial problemlərin həllinə dəstək olmaqdır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən “Cehiz sandığı” tamaşasında “Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsinin iştirakçıları AUİB nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin yeniyetmə sakinləri, eləcə də, təşkilatın könüllüləri və təcrübə keçən universitet,kolleclərin tələbələri iştirak edib.

Tamaşada erkən nikah, təhsildən kənar qalma, məişət zorakılığı kimi sosial problemə incəsənət rakursundan toxunularaq, onun həllinə çağırışlar edilib.Həmçinin layihə çərçivəsində Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin sakinlərinin hazırladıqları əl işlərindən ibarət sərgi və musiqi qruplarının ifası nümayiş olunub.

Festivalda Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ,Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri komitəsinin sədri Hicran Hüseynova,Azərbaycan Respublikası Milli Məclisin millət vəkilləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov,Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədrinin müşaviri Nelli Veysova ,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə müdiri və əməkdaşları,Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, Azərbaycan Respublikası Baş Prokurorluğu,Sosial Xidmətlər Agentliyinin departament müdiri,TƏBİB-in şöbə müdiri,Qeyri Höküməttəşkilatlarının rəhbərləri Azərbaycan Respublikasının xalq artistləri və sahibkarlar iştirak edib.


Abunəlik