“UŞAQ FORUM TEATRI” İNCƏSƏNƏT ƏSASLI ÖYRƏNMƏ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SƏYYAR TEATR TAMAŞASININ VİDEO NÜMAYİŞ KEÇİRİLDİ

Baxılıb:131
“UŞAQ FORUM TEATRI” İNCƏSƏNƏT ƏSASLI ÖYRƏNMƏ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SƏYYAR TEATR TAMAŞASININ VİDEO NÜMAYİŞ KEÇİRİLDİ

“Azərbaycan Uşaqları” İctmai Birliyi (AUİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən “Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsi çərçivəsində tələbələr, məktəblilər, onların müəllim və valideynləri üçün layihə çərçivəsində hazırlanmış “Cehiz sandığı” sosial mesajlı forum teatr tamaşasının video formatda nümayişi keçirildi.
Ümumilikdə nəzərdə tutulan 7 (4 tələbə və könüllü, 3 məktəbli kontingenti üçün) görüşün bir qismi artıq keçirilmişdir. Ötən müddətdə ayrı-ayrılıqda Neftçala rayonunun Xıllı qəsəbəsində, Bakı şəhərindəki Heydər Əliyev adına Liseyində və 246 saylı məktəb-liseyində şagirdlər, müəllimlər və valideynlər üçün, Bakı Biznes Universitetində, Bakı Avrasiya Universitetində tələbələr üçün təşkil edildi.
Qeyd edilən təhsil müəssisələrində forum teatr tamaşasının video formatda nümayişi və müzakirələrin aparılması üzrə görüşlərdə layihə rəhbəri Kəmalə Ağazadə, həmçinin layihəyə cəlb edilmiş təlimçi və eksper iştirak etdilər.
Bu ilin avqustunda yekunlaşacaq sözügedən layihənin məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə əhalinin müxtəlif həssas qruplarıdan olan uşaq və yeniyetmələr arasında yaradıcı mühitin inkişaf etdirilməsi, bu öyrədici “alət”lərdən istifadə ilə sosial problemlərin həllinə dəstək olmaqdır.


Abunəlik