Ümumdünya QİÇS-dən müdafiə günü ilə bağlı şagirdləri arasında maarifləndirici dəyirmi masa keçirildi

Baxılıb:346
Ümumdünya QİÇS-dən müdafiə günü ilə bağlı  şagirdləri arasında maarifləndirici dəyirmi masa keçirildi

1 dekabr Ümumdünya QİÇS-dən müdafiə günü ilə bağlı İnternat tipli Gimnaziyanın 10-11-ci sinif şagirdləri arasında maarifləndirici dəyirmi masa keçirildi .AzTimes.az xəbər verir ki, tədbirə Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, norkamaniya üzrə ekspert Emil Maqalov dəvət olunmuşdu.
Hər şey ailədən , məktəbdən başlayır.Təhsilin və tərbiyənin mərkəzi olan ailə və məktəb bu işdə önəm daşıyır .HİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, qohumuna ,dostuna ,sinif və iş yoldaşına aiddir. Bu günkü gündə “bilik” virusa qarşı yeganə vaksindir.
Məktəbin rəhbərliyi başda olmaqla İnternat tipli Gimnaziyanın pedaqoji heyəti olaraq biz uşaqları və gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırırıq.


Abunəlik