” Ümid Yeri” uşaq sığınacağında qətl-Qadın öldürüldü

Baxılıb:1197
” Ümid Yeri” uşaq sığınacağında qətl-Qadın öldürüldü

Xəbər verildiyi kimi Xəzər rayonu Binə qəsəbəsi ərazisində 27 yaşlı qadın əri tərəfindən qətlə yetirilib. Hadisə ötən gün baş verib. 1995-ci il təvəllüdlü Ülviyyə Həsənova qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı əri 1987-ci il təvəllüdlü Saməddin Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb. 

AzTimes.az baş verən qətl hadisəsinin təfərrüatlarını araşdırıb. 

Hadisə barədə saytımıza açıqlama verən Binə qəsəbə ərazi nümayəndəsi Ərəstun Əlisoyun sözlərinə görə qətl “Ümid yeri” uşaq sığınacağında baş verib:
 



“Həmin ailə Binə qəsəbəsində deyil, Suraxanı inzibati dairəsində yaşayırdılar. O ailədə dəfələrlə münaqişə olduğundan qətlə yetirilən azyaşlıları ilə birgə təxminən 10 gün əvvəl “Ümid yeri” uşaq sığınacağına yerləşmişdi. Əri sığınacağa gedib və qadını elə orada qətlə yetirib. Səbəb qısqanclıq səbəbindən olub. Hər halda bizə elə məlumat verilib. Ər-arvad yola getmirdilər. Ailənin iki azyaşlı övladı var”, – deyə Ərəstun Əlisoy qeyd edib. 

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib./azmedia.az


Abunəlik