Ukraynaya xəbərdarlıq: Bu iki ölkənin ittifaqı böyük təhlükə olacaq

Baxılıb:74
Ukraynaya xəbərdarlıq: Bu iki ölkənin ittifaqı böyük təhlükə olacaq

Avropa İttifaqında parçalanma Avstriyada sağçı qüvvələrin hakimiyyətə gəlməsinə və onların Macarıstan nümayəndələri ilə əməkdaşlığına səbəb ola bilər.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, söhbət Ukraynaya dəstək məsələlərində Aİ-də parçalanmadan gedir.

“Avstriyada qarşıdan gələn seçkilərdə ifrat sağçı qüvvələr favorit hesab olunur. Onlar Macarıstan lideri Viktor Orbanla ittifaq yaradıblar ki, bu da Avropa İttifaqında Kiyev məsələlərində onsuz da kövrək olan konsensusa təhlükə yarada bilər”, – “Reuters” qeyd edir.

Nəşrin müəllifinin sözlərinə görə, hazırda Avstriya öz neytral statusuna sadiqdir və Kiyev rejimini silahla təmin etmir. Digər məsələlərlə yanaşı, ölkə nümayəndələri hələ də Rusiya ilə işgüzar əlaqələr saxlayırlar. Məsələn, Aİ-nin təzyiqinə baxmayaraq, təbii qaz tədarük edirlər.


Abunəlik