Ukraynaya döyüşə göndərilən Rusiya hərbçisi sevgilisinə telefonda NƏ DEDİ? -VİDEO
Ukraynanın xüsusi xidmət orqanları Rusiya ordusunun hərbçilərinin telefon danışıqlarını dinləməkdə davam edir.
Aztimes.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, bu dəfə rusiyalı hərbçinin sevgilisi ilə danışığı dinlənilib.
Telefonla onu 8 Mart münasibətilə təbrik edib, həmçinin Ukraynaya müharibə üçün gəldiyini bildirib. Qız hər kəsin sağ-salamat Rusiyaya evinə qayıdıb-qayıtmayacağını soruşduqda, əsgər belə cavab verib: “Mən buna zəmanət verə bilmərəm”.
“Artıq bilmirəm qanunu pozuram, ya yox, amma vəzifəmi yerinə yetirməkdən imtina etdim. Mən evə qayıtmağa hazırlaşıram. Mən top yemi kimi davam etməyəcəyəm, bu rolda olmayacağam”, – hərbçi deyib.