Ukraynaya bu silahlar verilsə, münaqişə ən təhlükəli fazaya keçəcək

Baxılıb:40
Ukraynaya bu silahlar verilsə, münaqişə ən təhlükəli fazaya keçəcək

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukraynaya qanadlı raketlər gətirilərsə, münaqişənin ən təhlükəli fazaya keçmə riski artacaq.

Medvedev bu barədə “Telegram” kanalında açıqlama verib.

O, Almaniyanın əsas müxalif Xristian Demokratik Birlik Partiyasının (CDU) lideri Fridrix Merzin açıqlamasını qiymətləndirib.

Merz baş nazir seçiləcəyi təqdirdə Rusiyaya müharibəni dayandırmaq üçün ultimatum verəcəyini, buna əməl olunmazsa, Kiyevə “Taurus” qanadlı raketləri tədarük edərək, Rusiya ərazisinin uzaqmənzilli silahlarla vurulmasına icazə verəcəyini bildirib.

Medvedev sözügedən raketlərin müharibənin gedişatını dəyişməyəcəyini bəyan edib: “Bu, ancaq münaqişənin ən təhlükəli mərhələyə keçmə riskini artırır. Bu barədə prezident Vladimir Putin də xəbərdarlıq etmişdi”.

Medvedev Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra Avropa liderlərinin gərginləşdiyinə də diqqət çəkib: “Avropanın təcrübəli və ağıllı liderləri tarixdə qaldı. Onların yerinə yüksək eqolu dəyərsiz şəxslər gəldi. Bu, böyük ehtimalla pis ssenarinin baş verəcəyi deməkdir”.


Abunəlik