Ukraynanın tanklarını bu ölkə təmir edəcək
Çexiyanın müdafiə müəssisələri Ukraynanın zərər görmüş zirehli texnikalarını təmir edəcək və sözügedən texnikalara texniki xidmət göstərəcək.
Aztimes.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Çexiya Müdafiə Nazirliyinin məlumatına görə, texnikalarla bağlı kiçik təmir işlərini yerindəcə ukraynalılar, daha iri həcmli təmiri isə Çexiya şirkətləri həyata keçirəcək.
İki ölkə arasında bununla bağlı ilk müqaviləyə döyüşlərdə zərər görən və yaxud ehtiyatda olan və tam bərpaya ehtiyac duyan sovet istehsalı “T-64” tanklarının təmiri daxil olacaq.