Ukraynanın ordu üçün vəsaiti yoxdur: Zelenski deyir ki, pulu bu ölkələr ayırmalıdır
Ukraynanın silahlı qüvvələri maliyyələşdirmək üçün vəsaiti yoxdur.
Bunu Ukrayna lideri Vladimir Zelenski “Time” jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrini Qərb, ilk növbədə Avropa ölkələri maliyyələşdirməlidir.
“Ukrayna Silahlı Qüvvələrinin istirahətə ehtiyacı var, onların rotasiyaya, ehtiyata və pula ehtiyacı var. Bu, hazırda problemdir, çünki ordu həmişə indikindən daha kiçik olub. Ordu üç dəfə böyük olanda onu maliyyələşdirmək lazımdır. Eyni zamanda, bunun üçün Ukrayna büdcəsi kifayət etməyəcək”, – Zelenski qeyd edib.