“Ukraynanın mövqeyi təhlükə altındadır”

Baxılıb:130
“Ukraynanın mövqeyi təhlükə altındadır”

ABŞ Nümayəndələr Palatasının qanunvericiləri – Respublikaçı Brayan Fitzpatrik və Demokrat Jared Qolden həmkarlarını xarici yardım haqqında qanun layihəsinin alternativ variantını dəstəkləməyə çağırırlar.

Bu barədə konqresmenlərin məktubu ilə tanış ola bilən “The Hill” nəşri xəbər verib.

“Ukraynanın mövqeyi təhlükə altındadır. Silah-sursatları bitmək üzrədir, və onlar geri çəkilirlər (…). Bu, Konqresdəki çıxılmaz vəziyyətin birbaşa nəticəsidir”, – deyə məktubda bildirilib.
Konqresmenlər qeyd ediblər ki, Amerika silahları və sursatları olmasa, Ukrayna “uğursuzluğa düçar ola bilər”.

Alternativ qanun layihəsi ABŞ Müdafiə Nazirliyinə 66,32 milyard dollar, o cümlədən Ukrayna üçün təxminən 47 milyard, İsrail üçün 10 milyard, Hind-Sakit okean regionu üçün 5 milyard və ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərqdəki əməliyyatlarını dəstəkləmək üçün 2 milyard dollar ayrılmasını nəzərdə tutur.


Abunəlik