Ukraynanı Çernobıldan da dəhşətli faciə gözləyir – Fokin
Ukraynada Çernobıl qəzasından da dəhşətli fəlakət baş verə bilər.
Bu sözləri Kiyevin Donbas üzrə təmas qrupunun rəhbəri və keçmiş prezident Leonid Kravçukun müavini Vitold Fokin deyib.
O bildirib ki, Donbasda infrastrukturun dağıdılması nəticəsində bir çox mədənlər su altında qalaraq “öz taleyi ilə baş-başa buraxılıb” və su anbarları dolub.
Fokin bildirib ki, təcili şəkildə mədənlərin təmizlənməsi işləri görülməlidir:
“Əks halda, su bütün yerli çay və göllərə, oradan da Azov, Qara dənizə doğru axar. Çoxları buna göz yumur. Lakin yaxınlaşmaqda olan təhlükə Çernobıl fəlakətindən də gözlənilməz şəkildə böyük ola bilər”.