Ukraynada müharibənin nə vaxt bitəcəyi açıqlandı

Baxılıb:76
Ukraynada müharibənin nə vaxt bitəcəyi açıqlandı

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynada davam edən müharibə ilə bağlı ilginc açıqlama verib. 

Kobaxidze “İmedi” telekanalına açıqlamasında ölkəsinin daxili və xarici siyasətini, regional və qlobal prosesləri dəyərləndirib.

O, “Xarici təsirin şəffaflığı haqqında” qanun ilə əlaqədar ABŞ-Gürcüstan münasibətlərində yaşanan problemlərin həlli yollarına da toxunub.

Həmçinin ölkələr arasında münasibətlərin yenidən başlaması üçün ilk növbədə ABŞ-da prezident seçkilərinin keçirilməli və Ukraynada davam edən müharibəyə son qoyulmalı olduğunu qeyd edib.

Baş nazir Ukraynada müharibənin gələn il başa çatacağını proqnozlaşdırıb: “Müharibədən sonra ABŞ-da istənilən administrasiya ilə münasibətləri bərpa etmək daha asan olacaq. Birləşmiş Ştatlar strateji tərəfdaşımızdır və biz müzakirələrə hazırıq. Əsas odur ki, növbəti addımları görürük. Təbii ki, münasibətlərin bərpasına heç nə mane ola bilməz”.


Abunəlik