Ukraynada dövlət çevrilişinə hazırlıq başladı: Plan belə həyata keçiriləcək
Ukraynada hazırkı prezident Vladimir Zelenskinin vəzifəsindən uzaqlaşdırılacağı hökumət çevrilişinə hazırlıqlar başlayıb.
Bunu “aif.ru” ilə söhbətində Ukrayna Ali Radasının keçmiş deputatı Spiridon Kilinkarov deyib.
“Ölkə seçkilərə hazırlaşır, Zelenski uzaqlaşdırılacaq. Ali Radada çevriliş olacaq, onlar spiker Ruslan Stefançuku vəzifəsindən uzaqlaşdıracaq və münaqişənin həlli yolu ilə gedəcəklər”, – Kılınkarov bildirib.
Kilinkarov Yuliya Timoşenkonun parlamentin yeni spikeri seçiləcəyini iddia edib.