Ukrayna rəsmən bəyan etdi: İranla döyüşə hazırıq!
Ukraynalılar gələcəkdə İran, Çin və ya KXDR ilə ABŞ-ın tərəfində döyüşməyə hazırdırlar.
Bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko CNN telekanalına müsahibəsində deyib.
“Gələcəkdə hər hansı bir müharibə başlasa və ABŞ-ın insanlara ehtiyacı olsa, Tehran yaxınlığındakı səngərlərdə kim olacaq? Bir çox ölkələrin buna hazır olduğunu düşünmürəm. Ukraynalılar ABŞ-la çiyin-çiyinə dayanmağa hazırdırlar. Tehrana, Şimali Koreyaya və ya Pekinə qarşı səngərlərdə, bunun heç bir fərqi yoxdur”, – deputat bilidirib.
Qonçarenko onu da əlavə edib ki, Kiyev hazırda müttəfiqlərinin dəstəyindən məhrumdur.