Ukrayna ordusunda kosmik qüvvələr yaradılır

Baxılıb:51
Ukrayna ordusunda kosmik qüvvələr yaradılır

“Müdafiə Nazirliyində hərbi kosmik texnologiyaların (peyk və raketlərin) tərtibatçıları ilə əməkdaşlıq edəcək, müvafiq sərəncamları yerinə yetirəcək və bu sahədə dövlət siyasətini formalaşdıracaq Kosmik Siyasət İdarəsi yaradılıb”.

Bu barədə Ukrayna müdafiə nazirinin rəqəmsallaşma üzrə müavini Yekaterina Çernoqorenko “Space For Ukraine” beynəlxalq forumunda bildirib.

“Biz hərbi kosmosa aid bütün qərarların inteqratoruna çevrilməli bir institut yaratdıq. Kosmik siyasət departamentini yaratdıq. Biz istəyirik ki, Müdafiə Nazirliyi müdafiə qüvvələri üçün kosmik həllərin inteqratoru olsun, texniki spesifikasiyalar hazırlamaq üçün təcrübəyə malik olsun”, – deyə nazir müavini bildirib.

O, həmçinin Ukrayna ordusunda yeni qoşun növünün yarana biləcəyinə işarə edib.

“Ukrayna kosmik qüvvələrin yaradılması istiqamətində irəliləyir. Bizim tərəfdaş ölkələrin mütləq əksəriyyəti bu tip qoşunları inkişaf etdirir. Biz bu bacarığı ordumuza verməliyik”, – deyə nazir müavini vurğulayıb.

Çernoqorenko əlavə edib ki, 2030-cu ilə qədər Ukrayna müdafiə məqsədləri üçün milli peyklərə, eləcə də hava hücumundan xəbərdarlığa və kosmosa nəzarət sisteminə malik olmağı planlaşdırır.


Abunəlik