Ukrayna ordusu 2 ədəd S-300 kompleksini məhv etdi
Ukrayna ordusu son sutkada Rusiyaya məxsus 2 ədəd S-300 kompleksini məhv edib.
Bu barədə Cənub ordu komandanlığı məlumat yayıb.
Məlumata görə, ötən sutka 2 özüyeriyən artilleriya kompleksi, 1 mobil RLS, 3 zirehli texnika məhv edilib, 20 hərbçi zərərsizləşdirilib.
Həmçinin Ukrayna ordusunun rus hərbçilərinin yenidən bərpa etdikləri Kaxovka körpüsünü partlatdıqları da bildirilib.