Ukrayna Kurskda bir gündə görün nə qədər hərbçi itirdi: Əvvəlki itkilərin ŞOK SİYAHISI
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Kursk vilayətində 180-dən çox itki verib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 180-dən çox hərbçi itirib, iki piyada döyüş maşını, o cümlədən Almaniya istehsalı olan bir “Marder” piyada döyüş maşını, iki zirehli personal daşıyıcısı, yeddi zirehli döyüş maşını, 13 avtomobil, iki “Panzerhaubitze” markalı 2000 artiller, üç artiller qurğusu, həmçinin üç PUA-nın idarəetmə məntəqəsi və bir sursat anbarı məhv edilib”, – deyə məlumatda qeyd olunur.
Bildirilir ki, Kursk istiqamətində aparılan hərbi əməliyyatların bütün dövrü ərzində Ukrayna ordusu orada 65 580-dən çox əsgər itirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusunun Kursk vilayətində ümumi itkiləri arasında 386 tank, 298 piyada döyüş maşını, 259 zirehli personal daşıyıcı, 2144 zirehli döyüş maşını, 2341 texnika, 522 artilleriya qurğusu, 52 reaktiv yaylım atəşi sistemi, 5 zenit-raket qurğusu, özüyeriyən zenit silahı, 10 nəqliyyat və yükləmə maşını, 119 elektron döyüş stansiyası, 15 əks-akkumulyator radarı, 9 hava hücumundan müdafiə radarı, 53 mühəndislik və digər avadanlıq, o cümlədən 21 mühəndis maneəsi, 12 mina təmizləmə qurğusu, 14 zirehli təmir-bərpa maşını və komanda məntəqəsi var.