Ukrayna Kursk vilayətinə ABŞ silahları ilə zərbə endirə bilər

Baxılıb:76
Ukrayna Kursk vilayətinə ABŞ silahları ilə zərbə endirə bilər

“ABŞ silahları ilə Kursk vilayətinə zərbələrin endirilməsi ABŞ siyasətinə zidd deyil”.

Bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə daxil olmasını və orada ABŞ silahlarından istifadə etməsini şərh edərkən deyib.

“Həqiqətən də, bizim siyasətimiz Ukraynaya bu sərhəd bölgəsində Rusiyanın hücumlarından müdafiə olunmaq üçün əks-hücumlar keçirməyə icazə verir”, – ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Xatırladaq ki, USQ-nin Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Bölgədə federal fövqəladə vəziyyət rejimi qüvvədədir.


Abunəlik