Ukrayna hücum etdi: Kurskda torpaq bu qiymətə oldu

Baxılıb:93
Ukrayna hücum etdi: Kurskda torpaq bu qiymətə oldu

Kursk vilayətinin sərhədyanı ərazilərində sahibkarlara bir rubla torpaq və əmlak icarəyə götürmək təklif edilib.

Bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov “Telegram” kanalında məlumat verib.

“Söhbət dövlət mülkiyyətinin demarkasiya edilmədiyi ərazilərdən gedir”,- deyə Smirnov izah edib.

Təklif 2024-cü il avqustun 1-dən dekabrın 31-dək Belovski, Bolşesoldatski, Qluşkovski, Korenevski, Lqovski, Rılski , Sudjanski, Xomutovski rayonlarında, eləcə də Lqov vilayətinin mərkəzində qüvvədə olacaq .

Bildirilir ki, bu, Kursk vilayətində tətbiq edilən federal səviyyədə antiterror əməliyyatı və fövqəladə hallar şəraitində biznesə dəstək vermək üçün lazımdır.


Abunəlik