Ukrayna əsgərləri ruslara təslim oldu – ŞOK RƏQƏM
Rusiya Müdafiə Nazirliyi həftələrdir Rusiyanın intensiv bombardmanları altında olan Ukraynanın Mariupol şəhərində 1026 əsgərin təslim olduğunu iddia edib.
Aztimes.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya agentlikləri təslim olan əsgərlərin 36-cı dəniz piyada briqadasından olduğunu yazıb.
Mühasirəyə alınan liman şəhəri Mariupolun meri Vadim Boyçenko bu gün səhər Azov dənizindəki şəhərdə 100 min mülki vətəndaşın hələ də təxliyyə edilməsini gözlədiyini bildirib.