“UĞURLU GƏLƏCƏK ÜÇÜN ETİBARLI DƏSTƏK” LAYİHƏSİNİNİCRASI DAVAM EDİR

Baxılıb:41
“UĞURLU GƏLƏCƏK ÜÇÜN ETİBARLI DƏSTƏK” LAYİHƏSİNİNİCRASI DAVAM EDİR

“Uğurlu gələcək üçün etibarlı dəstək” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Layihənin məqsədi ağır sosial vəziyyətdəki ailələrin və cəzaçəkmə müəssisəsində olan şəxslərin övladlarının sosial reabilitasiyasını həyata keçirməklə uşaqlar arasında cinayətkarlığın azaldılması, həmin qrupa daxil olan şəxslərin qanunlara riayət etməklə yaşamaları, cəmiyyətə tamhüquqlu vətəndaş kimi inteqrasiyası və onlara kompleks dəstəyin göstərilməsidir.

Bu ilin fevral ayından başlanmış layihədə xidmətlər göstəriləcək potensial benefisiarların ilkin siyahısı artıq hazırlanmış, onun əsasında “Yol xəritəsi”nin tərtib edilməsi başa çatmış, onlara təhsil, sosial, hüquqi, psixoloji və digər ehtiyacların ödənilməsi kimi bir sıra yardımlar təqdim edilir.

Layihənin vəzifələrinə Bakı şəhərində yaşayan 6-17 yaş arası benefisiarlara yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi yolu ilə onların təhsil nəticələrini yaxşılaşdırma və beləliklə özləri və ailələrinin sosial vəziyyətlərinə müsbət təsir göstərmək üçün fəaliyyətlərin icrası daxildir.

Aprel ayı ərzində layihə çərçivəsində müəyyənləşdirilmiş benefisiar heyəti üçün uzunmüddətli fərdi və qrup təhsil xidməti, psixoloji dəstək, eləcə də, həyat bacarıqları mövuzusunda silsilə təlimlər keçirildi. Eyni zamanda onların sosial ehtiyaclarının qarşılanması üçün dərsliklər, məktəb ləvazimatları, çantalar, geyim və s. təqdim edildi.
Həmçinin, müraciətlər əsasında yeniyetmə və uşaqlara müvafiq hüquqi dəstək üçün məsləhətlər və sosial müşayiət yerinə yetirildi. Növbəti aylarda layihə üzrə nəzərdə tutulan dəstək proqramları və konsultasiyalar davam etdiriləcəkdir.

Layihə bu ilin iyun ayında yekunlaşacaq.


Abunəlik