Ucarda yanan yük maşını söndürülüb – FOTO + VİDEO
Ucar şəhərində yük maşınında baş verən yanğın artıq tam söndürülüb.
AzTimes.az xəbər verir ki, “QAZel” markalı, 90-GU-639 nömrəli yük maşınının sürücüsünün kimliyi də bəlli olub. Belə ki, maşını idarə edən şəxs Şəki şəhər sakini, 1966-cı il təvəllüdlü Bayramov Əhməd Qurbanəli oğludur.
Xatırladaq ki, yanğın hadisəsi Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
AzTimes.az