Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Ucarda ölumlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.AzTimes.az xəbər verir ki, hadisə bu gün saat 22 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun “dördyol” kimi tanınan hissəsində qeydə alınıb.
“İkarus” markalı sərnişin avtobusu yolu keçmək istəyən piyada, rayonun Qarabörk kənd sakini 1973-cü il təvəllüdlü Novruzəliyev Ehtiram Heybət oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
AzTimes.az