Ucarda avtoxuliqanlıq edən şəxs həbs edilib-FOTO

Baxılıb:312
Ucarda avtoxuliqanlıq edən şəxs həbs edilib-FOTO

Ucarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

AzTimes.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ucar rayon Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən rayon ərazisində avtoxuliqanlıq edən 99 LP 636 dövlət nömrə nişanlı, “VAZ-21011” markalı minik maşınının sürücüsü, Küçəkənd kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan İlham oğlu Əsgərov saxlanılıb.

Ucar Rayon Məhkəməsinin qərarı ilə N. Əsgərov 1 ay müddətinə inzibatı qaydada həbs edilib.

Qeyd edək ki, N. Əsgərov ötən il də avtoxulqanlıq etdiyinə və nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə həbs edilib. Həmin vaxt o 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

(simruq)


Abunəlik