Ucar rayonunda REYD-Toy sahibləri CƏRİMƏLƏNDİ

Baxılıb:143
Ucar rayonunda REYD-Toy sahibləri CƏRİMƏLƏNDİ

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Təzə Şilyan, Küçəkənd, Qulabənd, Qaracallı və Lək kəndlərində yerləşən 6 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.


Abunəlik