Üç şəhər AVRO-2020-dən məhrum edilə bilər

Baxılıb:168
Üç şəhər AVRO-2020-dən məhrum edilə bilər

Münhen, Bilbao və Dublin futbol üzrə Avropa Çempionatı oyunlarının təşkili hüququndan məhrum edilə bilər.

Aztimes.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin bildirib.  

O, əlavə edib ki, məsələ ilə bağlı yekun qərar cumə günü qəbul ediləcək.

Qeyd edək ki, AVRO-2020-nin 12 şəhərdə keçirilməsi nəzərdə tutulub. Lakin üç şəhər koronavirus pandemiyası səbəbindən stadionlara izləyicilərin buraxılması ilə bağlı UEFA-ya təminat verə bilməyib.Sports.ru.


Abunəlik