Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib – Şok iddia

Baxılıb:46
Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib – Şok iddia

ABŞ və Britaniya nümayəndələri Moskva və Kiyevin İstanbuldakı ilk danışıqlarda əldə edə biləcəyi “çox real kompromis”i sabotaj ediblər.

Bunu kanadalı jurnalist Aaron Mate sosial şəbəkə hesabında yazıb.

O hesab edir ki, Kiyev məhz bu zaman sülh şansını itirib.

Aaron Mate münaqişənin indi gördüyümüz miqyasda inkişaf etmədiyini qeyd edib. Omum sözlərinə görə, bununla belə, eskalasiyaya Qərb töhfə verib. Jurnalist əlavə edib: “ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası “qan tökmək” üçün Kiyev hakimiyyətindən istifadə edib. Rusiya Ukrayna ilə üç il əvvəl danışıqlar aparmışdı. Ukraynalı müzakirəçilərdən birinin dediyi kimi, ABŞ və Böyük Britaniya tərəfindən sabotaj edilən çox real kompromis əldə etdilər”.


Abunəlik