Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
“Beynəlxalq İnvestorlar Birliyi” (YASED) 2025-ci ilin yanvar-fevral aylarında Türkiyəyə yatırılan birbaşa xarici sərmayələrə dair məlumatları açıqlayıb.
Bu barədə Türkiyə mediası yazıb.
Bildirilib ki, bu investisiyaların həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 92% artıb.
1,35 milyard dollarlıq ümumi investisiyanın 58%-i və ya 780 milyon dolları pərakəndə və topdansatış ticarət sektoruna yönəldilib.
Ən böyük beynəlxalq investisiyalar Niderland, ABŞ, İsveçrə, Böyük Britaniya və Azərbaycan tərəfindən qoyulub.