Türkiyəyə gedənlərin NƏZƏRİNƏ – Bu tələb ləğv edildi
Türkiyə iyunun 1-dən etibarən bütün sərhəd məntəqələrindən ölkəyə daxil olmaq üçün tələb olunan PCR testlərini ləğv edir.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İyunun 1-dən ölkəyə bütün sərhəd məntəqələrindən daxil olmaq üçün girişdən maksimum 72 saat əvvəl götürülməli olan PCR testinin mənfi nəticəsi olan sənədlər tələb olunmayacaq”, – deyə açıqlamada bildirilir.