Türkiyədən qayıdan Sabirabad sakini həyat yoldaşını balta ilə qətlə yetirdi

Baxılıb:363
Türkiyədən qayıdan Sabirabad sakini həyat yoldaşını balta ilə qətlə yetirdi

Sabirabad rayonunun Hacıbəbir kəndində sentyabrın 2-də səhər saatlarında qısqanclıq zəminində qətl hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hadisənin baş verdiyi rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Eyvaz Məmmədov (1974-cü il təvəllüdlü) həyat yoldaşı Təranə Məmmədovanı (1979-cu il təvəllüdlü) öldürüb.

E.Məmmədov balta ilə həyat yoldaşının başına üç zərbə vurub.

Hadisəni törədən kişi saxlanılıb, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qətlin digər təfərrüatları da məlumdur.

Belə ki, E.Məmmədov pul qazanmaq məqsədi ilə getdiyi Türkiyədən bir ay əvvəl qayıdıb. O, Sabirabad rayonunda yaşayan qardaşları ilə telefon danışığından sonra geri qayıdıb.

Qardaşları E.Məmmədova onun həyat yoldaşına dair şübhələrini bildirəndən sonra qayıtmasını xahiş ediblər.

E. Məmmədov bu telefon söhbətindən sonra ölkəyə qayıdıb.

Qeyd olunur ki, Məmmədovlar ailəsi bir müddət əvvəl yaşadıqları Şirvan şəhərindən Sabirabada köçüblər. Ailədə iki azyaşlı uşaq var.


Abunəlik