Türkiyədən kritik addım: Rusiyadan bu məhsulun idxalı dayandırıldı
Türkiyənin ən böyük neft emalı zavodu “Tüpraş” Rusiya xam neftinin alışını dayandırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, şirkət Rusiya neftini daşıyan tankerlərə və enerji şirkətlərinə qarşı yanvarın 10-da ABŞ-ın elan etdiyi sanksiyalara görə bu addımı atıb.
“Tüpraş” İnvestor Əlaqələri İcraçı Direktoru Levent Bayarın sözlərinə görə, son təslimlər fevral ayı ərzində yekunlaşacaq: “Son sanksiyalarla idxalı dayandırdıq və son yükləri fevral ayında bitirəcəyik”.
“Tüpraş”ın Rusiyadan təmizlənmiş məhsul idxalını dayandırıb-dayandırmayacağı isə hələlik bəlli deyil.