Türkiyədən Azərbaycana bu məhsulların ixracı kəskin azaldı

Baxılıb:40
Türkiyədən Azərbaycana bu məhsulların ixracı kəskin azaldı

Türkiyə 2025-ci ilin fevral ayında Azərbaycana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azaldıb, bu isə 7 milyon 99 min 27 dollar təşkil edib.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq, 16 milyon 671 min 79 dollara bərabər olub.

Qeyd edilib ki, həmçinin fevral ayında Azərbaycana kimyəvi maddə ixracı da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalıb və 38 milyon 756 min 4 dollar təşkil edib.


Abunəlik