Türkiyədən ACI XƏBƏR: ölən və yaralananlar var

Baxılıb:40
Türkiyədən ACI XƏBƏR: ölən və yaralananlar var

Türkiyədə bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Bu barədə “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Hatay – Antakya Reyhanlı yolunda qeydə alınıb. Sərnişin avtobusunun park edilmiş yük maşınına çırpılması nəticəsində 6 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Hadisə yerinə sayda təcili yardım və yanğınsöndürmə briqadası göndərilib.

Qəzanın başvermə səbəbi açıqlanmır.


Abunəlik