Türkiyədə meymunçiçəyinə yoluxma halı qeydə alınıb? – Səhiyyə nazirindən AÇIQLAMA

Baxılıb:59
Türkiyədə meymunçiçəyinə yoluxma halı qeydə alınıb? – Səhiyyə nazirindən AÇIQLAMA

Türkiyədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.

Bu barədə Səhiyyə Nazirliyinin rəhbəri Kamal Memişoğlu “Habertürk” telekanalına açıqlamasında bildirib.

“Hazırda vətəndaşlarımız arasında təşviş və panikaya əsas yoxdur, biz müvafiq hazırlıq işləri aparmışıq. Hələ ki, Türkiyədə yeni meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb”.

Yerli mətbuatın yazdığına görə, meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq üçün Türk Hava Yollarının stüardessaları Afrikaya uçuşlarda maska və əlcəklərdən istifadə edəcəklər.


Abunəlik