Türkiyədə məişət tullantılarından elektromobil hazırlanıb – FOTO

Baxılıb:162
Türkiyədə məişət tullantılarından elektromobil hazırlanıb – FOTO

Türkiyənin Hakkari vilayətinin Yüksəkova ilçəsində yaşayan Yusif ve Musa Yılmaz qardaşları zibillikdən topladıqları materiallardan istifadə edərək elektromobil hazırlayıblar.

“Haber Global”ın məlumatına görə, qardaşlar mütəmadi olaraq məişət tullantılarını saf-çürük edir və onların arasından lazımi detallar tapırlar.

Məhz belə detallardan yığılan elektromobilin hazırlanmasına 4 ay vaxt sərf olunub.

Qardaşlar nəqliyat vasitəsinin yaxşı çalışdığını və artıq işə onunla gedib-gəldiklərini bildiriblər.


Abunəlik