Türkiyədə koronavirusdan daha 66 nəfər öldü
Türkiyədə son sutka ərzində daha 66 nəfər koronavirusdan ölüb.
Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 315 nəfərə çatıb:
“Bu gün ölkədə koronavirus testindən keçən 109 985 nəfərdən 1 648-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 298 039 nəfərə çatıb.
Müalicə olunan 1 143 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 263 745 nəfər təşkil edir”.