Türkiyədə fövqaladə vəziyyət elan edildi

Baxılıb:152
Türkiyədə fövqaladə vəziyyət elan edildi

Türkiyənin Ağrı və Tendürek dağlarında baş verən terror hücumları ilə əlaqədar bölgədə müvəqqəti fövqəladə vəziyyət elan edilib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağrı vilayətinin valiliyindən verilən yazılı açıqlamada deyilir.
Müvəqqəti fövqəladə vəziyyətin tətbiqi barədə qərar 19 avqustdan etibarən 15 gün müddətində qüvvədə olacaq. Bildirilir ki, qərarın verilməsində məqsəd təhlükəsizlik güclərinin sərbəst hərəkətini və vətəndaşların təhlükəsizliyini təmin etmək, mümkün təhdid və təhlükələri aradan qaldırmaqdır.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir