Türkiyədə daha 73 nəfər koronavirusdan öldü
Türkiyədə son sutka ərzində koronavirusdan (COVİD-19) 73 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 005 şübhəli koronavirus testindən keçib, onlardan 1812-nin cavabı pozitiv çıxıb, 1419 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1445 nəfər olub.
Qeyd edək ki, Türkiyədə ümumilikdə 301 098 nəfər COVİD-19-a yoluxub, indiyədək onlardan 9153 nəfər vəfat edib.