Türkiyədə bu dəfə 15 milyon istifadəçisi olan platforma bloklandı

Baxılıb:67
Türkiyədə bu dəfə 15 milyon istifadəçisi olan platforma bloklandı

Türkiyədə daha bir platforma bloklanıb.

Bu dəfə onlayn oyun platforması “Roblox”a giriş qadağan edilib.

Məlumata görə, uşaq istismarına şərait yaratdığı iddia edilən platforma Adana Respublika Prokurorluğunun müraciəti əsasında, məhkəmə qərarı ilə bloklanıb.

Xüsusilə uşaqlar arasında populyar olan “Roblox”un Türkiyədə təxminən 15 milyon istifadəçisi var.

Qeyd edək ki, Türkiyədə “Instagram” da bir neçə gündür bağlıdır.


Abunəlik