Türkiyə və İran XİN başçıları arasında telefon danışığı olub
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuçoğlu ilə iranlı həmkarı Cavad Zərif arasında telefon danışığı olub.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu, İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisinin İraqda ABŞ tərəfindən öldürülməsindən sonra Türkiyə və İran arasında ən yüksək səviyyədə danışıq sayılır.
Məlumatda qeyd olunub ki, iki nazir Q. Süleymaninin öldürülməsi məsələsini danışıb.
Qeyd edək ki, 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi və daha 8 nəfər öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.