Türkiyə üçün tarixi şans: Ankara bunu siyasi “kozır”a çevirəcək
Türkiyə tərəfi Qərbi şantaj etmək üçün BRİKS üzvlüyündən istifadə etmək niyyətində deyil, lakin bu, onun siyasi “kozır”ına çevriləcək.
Bunu türkiyəli politoloq Serhat Lətifoğlu bildirib.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Türkiyənin BRİKS-də tam iştirak üçün ərizə təqdim etdiyini bildirmişdi. Ekspert Ankaranın çoxdan təşkilata daxil olmaq istədiyini də təsdiqləyib.
Lətifoğlu onu da vurğulayıb ki, Türkiyəni BRİKS-ə üzv olmağa Ankaranın 1999-cu ildən namizəd olduğu Avropa İttifaqı sövq edib. Məhz uğursuz danışıqlar və Aİ-yə üzv ölkələrin Türkiyəni Birliyə qəbul etmək istəməməsi əməkdaşlıq üçün alternativlərin axtarışına təkan oldu.
Ekspert əlavə edib ki, eyni zamanda, mühüm amil təşkilatın dünyada artan nüfuzu, eləcə də Ankaranın Qərbin iqtisadi və siyasi təzyiqindən çıxmaq istəyidir.
“Türkiyə öz gələcəyini BRİKS-də görür, məncə, bu, çox yaxşı, qarşılıqlı faydalı bir razılaşma olacaq”, – deyə Lətifoğlu fikrini yekunlaşdırıb.