Türkiyə səfirliyindən Heydər Əliyevlə bağlı PAYLAŞIM
Türkiyənin Azərbaycandakı səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.
Səfirliyin rəsmi tviter hesabında edilən paylaşımda qeyd olunub:
“Görkəmli dövlət xadimi, müstəqil və müasir Azərbaycanın qurucusu, mənalı həyatını öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevi vəfatının 19-cu ildönümündə dərin hörmət və ehtiramla yad edirik. Ulu öndərin ruhu şad, məkanı cənnət olsun!”