Türkiyə Nazirlər Kabinetində köklü dəyişiklik olacaq? – Ərdoğandan başqa heç kim…

Baxılıb:31
Türkiyə Nazirlər Kabinetində köklü dəyişiklik olacaq? – Ərdoğandan başqa heç kim…

İyun ayında Türkiyə Nazirlər Kabinetində köklü dəyişikliklər olacağı ilə bağlı iddialar gündəmdədir.

Bu barədə “Hürriyyət” qəzetinin yazarı Abdulkadir Selvi köşə yazısında bildirib.

O, vətəndaşları bu məsələ ilə bağlı irəli sürülən iddialara inanmamağa çağırıb:

“Bu mərhələdə prezident Rəcəb Tayyib Ərdoğandan başqa heç kim heç nə bilmir. Kabinet dəyişikliyi gözlənilir, amma köklü dəyişiklik olacağı deyilmir. Prezident məhdud sayda nazirliklərdə dəyişiklik edə bilər. Bunun da vaxtını Ərdoğan təyin edəcək”.

Selvi dəyişiklik olacağı təqdirdə vəzifəsində qalacaq adları sadalayıb:

“Daxili İşlər naziri Əli Yerlikaya vəzifəyə gələndə prezidentin ilk göstərişi bandalarla mübarizə aparmaq idi. Yerlikaya bu baxımdan çox müvəffəqiyyətli oldu. Yerlikaya ilə bağlı problem görünmür. O, vəzifəsinə davam edəcək nazirlər arasındadır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da davam edir. O, çox təcrübəli siyasətçi və ziyalıdır. Həmçinin, AK Partiya Qrup sədri Abdulla Gülər, qrup sədr müavinləri Məhəmməd Emin Akbaşoğlu, Özləm Zəngin, Abdulhəmid Gül, Leyla Şahin Usta və Bahadır Yenişehirlioğlu yeni dövrdə vəzifələrinə davam edəcəklər”.


Abunəlik