Türkiyə müsbət siqnallar alıb: sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Türkiyə ABŞ-la təmaslarından Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı müsbət siqnallar alıb.
Bu barədə “RİA Novosti”-yə Ankaradakı diplomatik mənbə bildirib.
“Amerikalı həmkarları ilə təmaslarda müsbət siqnallar var. Cənab prezidentin (Türkiyə, Ərdoğan – red.) dəfələrlə bəyan etdiyi kimi, sülh prosesində uduzan tərəf olmayacaq. Biz bütün bu prosesin konkret nəticələrə, münaqişənin sona çatmasına gətirib çıxaracağını gözləyirik”, – agentliyin həmsöhbəti bildirib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Ağ Evdə deyib ki, Ukraynada nizamlanma irəliləyir, lakin tərəflər arasında pis niyyət qalmaqdadır. Martın 18-də Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı ilə telefonla danışıb. Digər məsələlərlə yanaşı, Rusiya lideri münaqişə tərəflərinin 30 gün ərzində qarşılıqlı olaraq enerji infrastrukturu obyektlərinə hücumlardan çəkinməsi ideyasına müsbət cavab verib və hərbçilərə müvafiq göstərişlər verib.