Türkiyə lirəsi tarixi minimuma düşdü
Türkiyə lirəsi (TL) ABŞ dolları qarşısında yenidən dəyər itirərək tarixində ən aşağı səviyyəyə düşüb.
Bu gün TL dollar qarşısında 0.7 faiz ucuzlaşaraq 35.4 səviyyələrinə enib.
Lakin daha sonra itkisinin bir hissəsini bərpa edərək 35.19 səviyyəsinə yüksəlib.
2024-cü il ərzində TL dollar qarşısında ümumilikdə 20 faiz dəyər itirib.
Bundan əlavə, TL manat qarşısında da bu il rekord ucuzlaşma göstərib. Azərbaycan Mərkəzi Bankının 20 dekabr 2024-cü il tarixinə əsasən, 1 TL 0.0483 AZN-ə qədər enib. Bu vəziyyət, həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatlarına əhəmiyyətli təsir edə bilər.