Türkiyə İsraillə əlaqələri kəsdi – Ərdoğan özü açıqladı

Baxılıb:28
Türkiyə İsraillə əlaqələri kəsdi – Ərdoğan özü açıqladı

Türkiyə Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə münaqişəyə görə İsraillə diplomatik əlaqələri kəsib.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz Türkiyə Respublikasının dövləti və hökuməti olaraq İsraillə əlaqələrimizi kəsdik. Hazırda bizim İsraillə heç bir münasibətimiz yoxdur”, – deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan yaxın vaxtlarda münasibətlərin bərpası üçün heç bir addım atılmayacağını da əlavə edib.

Qeyd edək ki, oktyabrın 26-da Ərdoğan İsrailin Qərb ölkələrinin dəstəyi ilə regional münaqişə oyatmağa çalışdığını bildirib və Yaxın Şərq ölkələrini bu oyuna qarışmamağa çağırıb. Onun sözlərinə görə, Qərbin dəstəklədiyi İsrail hökuməti regional münaqişənin alovunu alovlandırmağa çalışır.


Abunəlik