Türkiyə bu ölkələrdən gələn məhsullara vergi tətbiq etdi: Azərbaycan da var?

Baxılıb:52
Türkiyə bu ölkələrdən gələn məhsullara vergi tətbiq etdi: Azərbaycan da var?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqından gələn mallara 30 faiz, Çin də daxil olmaqla digər ölkələrdən gələn mallara 60 faiz vergi tətbiq edilməsi haqqında fərman imzalayıb.

Əvvəllər vergi Aİ-dən gələn məhsullar üçün 18%, digər ölkələrdən gələn məhsullar üçün isə 30% idi. Qərara əsasən, sürətli çatdırılma ilə beynəlxalq alışlar üçün vergidən azad limit 150 avrodan 30 avroya endirilib.

Prezidentin fərmanına əsasən məhsullar birbaşa Avropa İttifaqı ölkələrindən gələrsə, yüzdə 30 vergiyə cəlb ediləcək. Digər ölkələrdən isə 60 faiz. Ölkə başçısının 2002-ci il tarixli qanununa əsasən, əlavə olaraq 20 faiz dərəcəsi ilə birdəfəlik vergi tutulurdu.

Qeyd edək ki, alınan malların çəkisi 30 kiloqramdan artıq olarsa, onlar gömrük kommersiya qanunvericiliyinə tabe olur. Çəkisi 30 kiloqramdan artıq olan mallar hesablanarkən 48 faiz əlavə gömrük rüsumu da tətbiq edilir.

Qərar 15 gündən sonra qüvvəyə minəcək.


Abunəlik