Türkiyə bir il ərzində yeni konstitusiyanın hazırlanmasını başa çatdırmaq niyyətindədir
Artıq 2025-ci ilin payız sessiyasında parlamentin müzakirəsinə təqdim edilməsi üçün Türkiyənin yeni konstitusiyasının hazırlanması və qəbulu ilə bağlı danışıqların bir il ərzində başa çatdırılması planlaşdırılır.
Bu barədə Türkiyə parlamentin spikeri Numan Kurtulmuşun yaydığı məlumat xəbər verir.
“Bizim planımız bir il ərzində, yəni 2024-cü ilin oktyabrından 2025-ci ilin oktyabrına qədər yeni konstitusiya ilə bağlı danışıqları başa çatdırmaq və yeni qanunvericilik ilində onun qəbulu ilə bağlı işlərə başlamaqdır”, – deyə Kurtulmuş bildirib.
“28-ci çağırış parlamentin əsas vəzifələrindən biri müasir, demokratik, əhatəli və hərtərəfli konstitusiya hazırlamaqdır. Mən parlamentimizdə yeni konstitusiya qəbul etmək istəyini görürəm və ümid edirəm ki, bu həyata keçiriləcək”, – deyə spiker əlavə edib.