Türk professordan YENİ PROQNOZ – İstanbulda növbəti böyük zəlzələ nə zaman ola bilər?

Baxılıb:24
Türk professordan YENİ PROQNOZ – İstanbulda növbəti böyük zəlzələ nə zaman ola bilər?

“6.2 maqnitudalı zəlzələnin təsiri bitdi. Şərqə doğru, İstanbula yürüş dayandı”.

Bunu türkiyəli professor Övgün Ahmet Ercan “X” hesabında yazıb.

“Növbəti böyük zəlzələ ən azı 20-50 il sonra olacaq”, – professor əmin edib.

Xatırladaq ki, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 236 nəfər xəsarət alıb. İtki və irimiqyaslı dağıntı olmayıb.


Abunəlik