Türk ekspertdən ŞOK XƏBƏDRALIQ: “Ona verilən icazə son dərəcə təhlükəli ola bilər”

Baxılıb:106
Türk ekspertdən ŞOK XƏBƏDRALIQ: “Ona verilən icazə son dərəcə təhlükəli ola bilər”

“Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələri endirmək icazəsinin verilməsi münaqişənin qaçılmaz şəkildə genişlənməsinə gətirib çıxaracaq”.

Bunu “Habertürk” telekanalının efirində türkiyəli professor Hasan Ünal deyib.

“Bu dəfə biz eşidirik ki, Ukraynaya uzaqmənzilli raketlər verək və o, Rusiya ərazisinə zərbə endirsin”, – ekspert bildirib.

H.Ünal vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski “dəli olub” və istənilən hərəkətə hazır olduğu üçün verilən icazə son dərəcə təhlükəli addım ola bilər. Professor həmçinin qeyd edib ki, Ukrayna lideri bu raketlərə nəzarət etmək iqtidarında deyil.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin Qərbin uzaqmənzilli silahlarından danışaraq, onların Rusiya Federasiyasına hücumlar üçün istifadəsinin “NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq” deyib. Dövlət başçısı Moskvanın müvafiq cavab verəcəyini vurğulayıb.


Abunəlik